Avropa liderləri yəhudi köçünü dayandırmaq üçün hərəkətə keçdi
Bizi izləyin

Dünya

Avropa liderləri yəhudi köçünü dayandırmaq üçün hərəkətə keçdi

Avropa ölkələrində yaşayan yəhudilərin İsrailə köçməyə başlaması qitə ölkələrinin liderlərini narahat edir.

Publika.az “Associated Press” agentliyinə istinadən xəbər verir ki, Fransanın baş naziri Manuel Vals hökumətin yerli yəhudiləri “islamofaşizm”dən qoruyacağına söz verib.

Baş nazir Fransanın bir hissəsi olan yəhudilərin ölkəni tərk etdiyini bildirib. Fransa prezidenti Fransua Olland isə qeyd edib ki, insanların “Avropada və Fransada yəhudilərə artıq yer yoxdur” fikrinə inanmasına imkan verməyəcəklər.

Eyni zamanda Almaniya kansleri Angela Merkel deyib ki, hökumət yəhudilərin işlədiyi və yaşadığı yerlərin müdafiəsi üçün bacardığı hər şeyi edəcək: “Biz şadıq ki, yəhudilər yenidən Almaniyada yaşayırlar. Biz yəhudilərlə birlikdə yaşamağa davam etmək istəyərdik”.

Xatırladaq ki, fevralın 15-də İsrailin baş naziri Binyamin Netanyahu Avropa yəhudilərinə ölkəyə qayıtmağa məsləhət görüb. Onun sözlərinə görə, yəhudiləri Avropada məhz yəhudi olduqları üçün öldürürlər. İsrail Nazirlər Kabineti həmin gün Fransa, Belçika və Ukraynadan yəhudilərin immiqrasiyası üçün 46 milyon dollar vəsaitin ayrılmasını bəyənib.

Son zamanlar Avropada antisemitizm xarakterli hadisələr çoxalıb. Fevralın 15-də beş yeniyetmə Fransada yəhudi qəbiristanlığında təxminən 250 məzar daşını təhqir edib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm