Merkelin partiyası seçkilərdə səs itirdi
Bizi izləyin

Dünya

Merkelin partiyası seçkilərdə səs itirdi

Almaniyada dünən keçirilən əyalət seçkilərində kansler Angela Merkelin başçılıq etdiyi Xristian-Demokratlar Partiyası (CDU) səs itirib.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, Sosial Demokrat Partiyası (SPD) seçkilərin qalibi olmağı bacarıb.

Almaniyanın Hamburg şəhərində keçirilən əyalət seçkilərinin nəticələri açıqlanıb. Seçkilərdə qalib gələn SPD 45,7 faiz səs toplayıb. Almaniyanın baş naziri Angela Merkelin lideri olduğu CDU isə 2001-ci ildə aldığı 21 faiz səsdən 15,9 faizə qədər geriləyib.

Digər tərəfdən, seçkilərdən 45,7 faiz səs toplayaraq qələbə qazanan SPD-nin təkbaşına iqtidar ola bilməyəcəyi bildirilir. SPD Yaşıllar Partiyası ilə koalisiya qurmaq istədiklərini açıqlayıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm