ABŞ Ukraynaya hərbi yardım etmək planına dəyişiklik etməyib
Bizi izləyin

Dünya

ABŞ Ukraynaya hərbi yardım etmək planına dəyişiklik etməyib

Ukraynanın sülh sazişinə getməsi yeni hücum taktikasıdır.

ANS PRESS-in məlumatına görə, bu fikirləri rusiyalı ekspertlər səsləndirib. Ekspertlər bildirir ki, sülh razılığına baxmayaraq ABŞ Ukraynaya hərbi yardım etmək planında heç bir dəyişiklik etməyib. Bu isə rəsmi Kiyevin ölkəsinin şərqindəki separatçı üsyanları heç də xüsusi status yox, yalnız hərbi yolla yatırmaq istəyinə işarədir.

Artıq ABŞ ordusunun bir polku bu ilin martında Ukrayna Daxili İşlər Nazirliyinin 3 polkuna təlim keçmək üçün bu ölkəyə gəlməyə hazırlaşır. Ruslar hesab edir ki, bu təlimlər yeni veriləcək super (bahalı) silahların istifadə qaydalarının öyrədilməsi olacaq.

Artıq Ukrayna Müdafiə naziri ABŞ-a lazım olan hərbi texnikanın siyahısını təqdim edib.

Ukrayna prezidentinin mətbuat-xidməti isə xəbər verdi ki, Petro Poroşenko ABŞ vitse-prezidenti Co Baydenlə telefon danışığı zamanı ölkənin şərqində münaqişənin yatırılması üçün təcili tədbirlərin görülməsinin vacibliyini qeyd edib.

Bundan əlavə Poroşenko “Ukraynaya müdafiə qabiliyyətinin gücləndirilməsi üçün əlavə vasitələrin verilməsi barədə bundan əvvəlki bəyənatların” reallaşmasına çağırıb.

Bayden öz növbəsində prezidentə Ukraynanı dəstəkləyəcəkləri barədə söz verib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm