• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

Kremlin silahlanma siyasətinə ağır zərbə - Putin də geri çəkildi

  • Dünya
  • 19 Fevral 2015 16:19
  • 1 105 Baxış
Kremlin silahlanma siyasətinə ağır zərbə - Putin də geri çəkildi

İndiyə kimi Rusiya ordusu üçün hərbi texnikanın alınmasına sərf olunacaq xərclər sosial xərclərlə yanaşı, büdcənin toxunulmaz hissəsi olaraq qalırdı. Lakin ucuz neft Moskvanı hərbi büdcə siyasətinə yenidən baxmağa məcbur edib.

Publika.az “Kommersant” qəzetinə istinadən xəbər verir ki, Rusiyada Silahlı Qüvvələrinin silahlandırılması üzrə yeni dövlət proqramının icrasına başlanılması 2015-ci ildən 2018-ci ilə keçirilir.

Hökumət və prezident administrasiyasındakı mənbələr bildirib ki, müdafiə xərcləri əvvəlki halda 56 trilyon rubl nəzərdə tutulsa da, hazırda bu 30 trilyon rubla qədər azaldılıb və silahlanma üzrə dövlət proqramının icrası təxirə salınıb. “Kommersant” qəzetinin həmsöhbətlərinin sözlərinə görə, artıq yanvar ayında aydın olub ki, silahlanma üzrə proqramını yerinə yetirmək problematik olacaq.

Məmurlardan biri bildirib ki, məsələ 20 yanvarda prezident Vladimir Putinin iştirakı ilə keçirilən hərbi-sənaye komissiyasının iclasında da müzakirə edilib: "Vladimir Putin silahlanma üzrə yeni dövlət proqramının icrasının təxirə salınması ilə razılaşdı. Vəziyyət sabitləşənə kimi bu qərarla bağlı dəyişiklik olmayacaq”.

Qeyd edək ki, sözügedən dövlət proqramı 2010-cu ilin dekabrında Dmitri Medvedevin prezidentliyi dövründə qəbul edilib. Proqramın maliyyələşdirilməsinə ayrılan məbləğ rekord səviyyədə - 23 trilyon rubl idi. Daha əvvəl isə hərbçilər dövlət proqramının maliyyələşdirilməsinə ayrılacaq vəsaiti 36 trilyon rubl qiymətləndirirdilər. Ancaq baş nazirin müavini vəzifəsini tutmuş Aleksey Kudrinin təzyiqi ilə bu məbləğ azaldılmışdı. Proqramın hazırlanması zamanı hərbçilər əsas diqqəti strateji nüvə güclərinə veriblər. Proqram çərçivəsində 2020-ci ilə səkkiz sualtı raket daşıyıcısı “Bulava”, “Yars", RS-26 və “Barquzin” raket kompleksləri, “Sarmat” ağır maye raketləri, yeni strateji bombardmançılar, iki yeni hava hücumundan müdafiə sistemi və bir çox digər silahların ordunun silahlanmasına daxil edilməsi planlaşdırılırdı.

Prezidentin mətbuat katibi Dmitri Puskov silahlanma üzrə dövlət proqramının təxirə salınması ilə bağlı informasiyasını şərh etməyib. Amma baş nazirin mətbuat katibi Natalya Timakova konkret olaraq sözügedən proqram barəsində danışmasa da hazırda bir çox proqramlara yenidən baxıldığını deməklə informasiyanı təsdiqləmiş olub.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR