Türklər 3-5 aya, yunanlar isə…
Bizi izləyin

Dünya

Türklər 3-5 aya, yunanlar isə…

Vaşinqton və Ankara Kipr problemini 3-5 ay ərzində həll etmək istəyir.

Cənubi Kipr parlamentinin sədri Yannakis Omiru Kipr probleminin həllini nəzərdə tutan “ortaq mətn”in prosesi geri apardığını bildirib.Publika.Az –ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, parlament sədri “ortaq mətn”də Kipr Respublikası baxımından ölümcül təhlükələri özündə daşıyan maddələrin olduğunu dilə gətirib.

Sənəddə daha çox türk tərəfinin tələblərinin yer aldığını deyən Y.Omiru “ortaq mətn”dəki maddələrin rədd edilən “Annan planı”nı yenidən gündəmə gətirdiyini deyib. Türkiyə mediasının yazdığına görə, Vaşinqton və Ankara Kipr problemini 3-5 ay ərzində həll etmək istəyir. Kiprin “Fileleftheros” qəzeti Ankaranın bu istəyini “Baş nazir Rəcəb Tayyib Ərdoğanın bələdiyyə seçkilərində qələbəyə böyük ehtiyacı var və Kipr probleminin həlli ölkə daxilində reytinq qazanmaq baxımından Ərdoğana çox lazımdır” şəklində şərh edib.

Qəzetə görə, yunan rəhbərliyi xarici faktorları və digər amilləri nəzərə alaraq müzakirələrin aylarla davam edəcəyi, razılaşmanın isə 2015-ci ilin sonu və ya 2016-cı ilin əvvəlində əldə edilə biləcəyi qənaətindədir.

Qeyd edək ki, Kipr problemi ilə bağlı müzakirələrə ABŞ dövlət katibinin köməkçisi Viktoria Nulandın müdaxilə etməsindən sonra Birləşmiş Millətlər Təşkilatı (BMT) masaya yeni bir “ortaq mətn” qoyub. Birləşmiş Kiprin əsaslarını müəyyənləşdirən BMT sənədi yeni dövlətin tək suverenlik, tək vətəndaşlıq və tək təmsilçiliyinə söykənən federal bir quruluşda olmasını nəzərdə tutur.

BMT-nin təqdim etdiyi sənəd 8 maddə və 2 səhifədən ibarətdir. BMT və ABŞ tərəflərin gələn həftə sənəd ətrafında müzakirələrə başlamasını gözləyir. Sənədin maddələri aşağıdakılardır:

-Yeni dövlət siyasi bərabərlik əsasında iki cəmiyyətli, iki bölgəli federasiyaya olacaq.

-BMT və Avropa İttifaqının üzvü olaraq tək vətəndaşlıq, tək təmsilçilik və BMT-yə üzv ölkələrin sahib olduğu tək suverenlik olacaq.

-Suverenlik kiprli türk və yunanlar arasında bərabər paylanılacaq.

-Birləşmiş Kipr vətəndaşları həmçinin türk və yunan federasiyalarının hər hansı birinin vətəndaşı olacaq.

-Heç bir tərəf digər tərəf üzərində nüfuz və administrativ səlahiyyətə sahib olmayacaq.

-Birləşmiş Kipr hər iki tərəfdə eyni vaxtlı və ayrı-ayrı təşkil ediləcək referendumdan sonra ortaya çıxacaq.

-Başqa bir ölkə ilə hər hansı bir şəkildə qismən və bütöv olaraq birləşmə, ya da ayrılma haqqı qadağan ediləcək.

-Qurucu dövlətlər səlahiyyətlərini federal dövlətdən müstəqil şəkildə istifadə edəcək.

Türk tərəfinin yunanların razılığa gəlmək istəmədiyini desələr də, indiki halda ABŞ-ın prosesə birbaşa müdaxiləsi tarixi onilliklər olan problemin həllinə ümidləri artırır.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm