• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Moskvada Donetsk separatçısını sifətindən güllələdilər

  • Dünya
  • 24 Fevral 2015 11:22
  • 484 Baxış
Moskvada Donetsk separatçısını sifətindən güllələdilər

Moskvada on minlərlə insanın iştirak etdiyi “Anti-maydan” marşında insident baş verib.

Publika.azNEWSru.com” saytına istinadən xəbər verir ki, mitinqdə qondarma “Donetsk Xalq Respublikasının” bayrağını aparan kişini güllələyiblər.

Hüquq mühafizə orqanları məlumatı təsdiqləyərək bildiriblər ki, əllərində “Donetsk Xalq Respublikasının” bayrağını aparan 2 nəfər yaxınlıqdakı bardan çıxanlar tərəfindən təhqir edilib.

Bardan çıxanlar millətçi şüarlar səsləndiriblər və separatçılarla əlbəyaxa dava düşüb. Dava edənlərdən biri cibindən “Osa” tipli travmatik tapança çıxararaq separatçılardan birinin üzünə atəş açıb.

İnsident baş verən “Haqqis” barının qarşısına yığışanlar polis çağırıblar. Güllə atan şəxs saxlanılıb. Onun üzərindən tapança və millətçi atributika tapılıb.

İlqar

Xəbər lenti

DAHA ÇOX XƏBƏR