İran yeraltı məxfi nüvə silahına malikdir - İDDİA
Bizi izləyin

Dünya

İran yeraltı məxfi nüvə silahına malikdir - İDDİA

“Altılıq”la (BMT Təhlükəsizlik Şurasının beş daimi üzvü və Almaniya) aparılan nüvə danışıqlarına baxmayaraq, Tehran yerin altında məxfi obyektdə nüvə silahı hazırlayır.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Vaşinqtonda yaşayan İran Milli Müqavimət Mərkəzinin nümayəndəsi Əlirza Cəfərzadə deyib.

Onun məlumatına görə, “Lavizan-3” adlı kompleks Tehranın yaxınlığındadır. Obyekt yerin dərinliyindədir və tunellər ilə yeraltı tikintilər şəbəkəsindən ibarətdir. Yeraltı nüvə obyektində radiasiya keçirməyən xüsusi qapılar var. Cəfərzadə qeyd edib ki, radiasiya “gizlədilməsi” nəticəsində gizli nüvə obyekti Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) mütəxəssisləri tərəfindən qeydə alınmayıb.

Əlirza Cəfərzadənin sözlərinə görə, kompleks bir neçə hissədən ibarətdir və tunellər onları birləşdirir. Nüvə silahının hazırlanması üçün uranın zənginləşdiyi kompleksin mövcudluğunu təsdiq etmək üçün İran dissidentləri iki şəkil təqdim ediblər.

İran Milli Müqavimət Mərkəzinin nümayəndələrinin fikrincə, bu kompleksdə 2008-ci ildən uranın zənginləşdirilməsi aparılır. Mərkəzdə hesab edirlər ki, MAQATE obyektə dərhal baxış keçirməlidir.

2013-cü ildə də İran Milli Müqavimət Mərkəzinin nümayəndələri İranın mərkəzində məxfi nüvə obyektinin mövcud olduğunu bildiriblər. Həmin vaxt mərkəzin nümayəndəsi Mehdi Abrişamşi sözügeden nüvə obyektinin İranın Mobareke şəhərindən 10 kilometr uzaqlıqda dağlarda yerləşdiyini iddia edib. Abrişamşinin sözlərinə görə, obyekt əvvəllər mövcud olmuş hərbi sənaye kompleksinin ərazisində yerləşir. O, obyektin yüksək məxfilik şəraitində fəaliyyət göstərdiyini qeyd edib.

Xatırladaq ki, 2013-cü ilin noyabrında Cenevrədə İran “altılıq”la keçirilən danışıqlardan sonra ilkin razılaşma imzalayıb. Razılaşma sanksiyaların ləğv olunması qarşılığında Tehranın nüvə proqramının dinc məqsədlərlə davam etdirilməsinə zəmanət verir. Lakin indiyə kimi yekun razılaşmanı imzalamaq mümkün olmayıb. Tərəflər 2015-ci ilin iyununun sonuna kimi danışıqları uzadıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm