Dünya
Ər arvadına "səni sevmirəm" dediyinə görə cərimələnib
Türkiyədə bir kişi həyat yoldaşına "səni sevmirəm" sözlərini dediyinə görə cərimələnib.
Publika.az-ın məlumatına görə, boşanma prossesinə başlamış ər-arvadın hər ikisi qarşı tərəfdən təhqir və həqarətə görə kompensasiya istəyir.
Daily Sabah vebsaytının xəbər verdiyinə görə, məhkəmə hər ikisinin günahkar olduğu barədə qərar qəbul etsə də, Ali Appelyasiya Məhkəməsi ərin öz arvadına onu sevmədiyini bildirməsi həyat yoldaşını "emosional zorakılığa" məruz qoyması kimi yozaraq, kişinin arvadına kompensasiya ödəməsi barədə qərar çıxarıb.
Qadın bildirib ki, ərinin şərhi ona "emosional müstəvidə dağıdıcı" təsir göstərib, və arvadın sözlərinə görə ər tez-tez evdən gedib.
Öz növbəsində, ər arvadı tərəfindən tez-tez "söyüldüyünü" bildirib.
Türkiyə qadınlara qarşı bütün növ zorakılıqlara qarşı mübarizəni genişləndirməyə çalışır.
Lakin mətbuatın qeyd etdiyinə görə, emosional və psixoloji yamanlama faktını müəyyən etmək çətin olur.
-
Magazin104:44
“Xəbəri eşidəndən ağlayıram” - Mehriban Xanlarova
-
Kriminal04:14
Ananın məşqçi ilə yaxın münasibəti oğlunun ölümü ilə sonlandı: dəhşətli qətlin PƏRDƏARXASI - VİDEO
-
Cənubi Qafqaz03:13
İrəvanda yük maşını etirazçılara ÇIRPILDI
-
ABŞ02:42
Bayden Trampın debat təklifinə CAVAB VERDİ
-
Magazin202:10
“Avroviziya-2024”ün bütün finalçıları məlum oldu
-
Sosial00:45
ƏDV qəbzləri ölüm saçır: mütəxəssisdən XƏBƏRDARLIQ - VİDEO
-
Qoroskop00:30
Günün ULDUZ FALI: ciddi məsələlərə toxunmaq olar
-
Magazin200:15
“Avroviziya-2024”ün ikinci yarımfinalı başladı - CANLI