• USD 1,7369 0,00% EUR 1,8716 0,00%
    • GBP 2,1974 0,00% RUB 0,0274 0,00%

Merkel BMT-də veto hüququna qarşı çıxdı

  • Dünya
  • 9 Mart 2015 10:49
  • 629 Baxış
Merkel BMT-də veto hüququna qarşı çıxdı

Almaniyanın kansleri Angela Merkel Yaponiyaya səfər zamanı anti-Rusiya bəyanatı ilə yadda qalıb.

Publika.az RİA agentliyinə istinadən xəbər verir ki, Almaniyanın kansleri Ukraynadakı vəziyyətlə əlaqədar Rusiyaya qarşı tətbiq olunan sanksiyaları saxlamağa çağırıb.

Kansler həmçinin münaqişənin diplomatik həllinin axtarışına ehtiyacın olduğunu bildirib. Bundan başqa, kansler BMT Təhlükəsizlik Şurasında islahatların aparılmasının vacibliyinə toxunub və bu məsələdə Yaponiya və Braziliyanin göstərdiyi səylərin əhəmiyyətini qeyd edib.

Angela Merkel bu gün Yaponiyanın baş naziri Sindzo Abe ilə görüşəcək. Görüşdə G7 (“Böyük yeddilik”) çərçivəsində əməkdaşlıq məsələləri, Ukraynadakı vəziyyət, terrorçuluğa qarşı mübarizədə əməkdaşlıq, BMT Təhlükəsizlik Şurasında islahatlar müzakirə olunacaq. İki ölkənin hökumət rəhbərlərinin görüşündə müzakirə olunacaq əsas mövzu Ukraynada vəziyyətlərlə əlaqədar Rusiya barəsində G7 çərçivəsində iki ölkənin ata biləcəyi birgə addımlardır.

Qeyd edək ki, BMT Təhlükəsizlik Şurasının beş daimi üzvü – ABŞ, Rusiya, Fransa, Çin və İngiltərənin veto hüququ var. Bu ölkələrin öz maraqlarına uyğun olaraq veto hüququndan istifadə etməsi Almaniya, Yaponiya, Braziliya və Türkiyə kimi ölkələrin ciddi narazılığını doğurur. Veto hüququ hazırkı vəziyyətdə Rusiyanın maraqlarına xüsusilə cavab verir. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan “dünyanın taleyi beş ölkənin dodaqları arasında çıxan sözlərlə” bağlıdır deməklə qurumda islahatların keçirilməli olduğunu bildirib.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR