Dünya
Rusiya Ermənistanda bir aylıq hərbi təlimlərə başladı
Rusiya Cənub hərbi dairəsinin mühəndis qoşunları Ermənistandakı 102-ci bazasında hərbi təlimlərə başlayıb.
Publika.az RİA agentliyinə istinadən xəbər verir ki, bu barədə Cənub hərbi dairəsinin mətbuat xidmətindən bildirilib.
“Dəniz səviyyəsindən 2200 metr yüksəklikdə keçiriləcək praktik məşğələlərin gedişatında mütəxəssislər tək və qrupların tərkibində kompleks tədris məsələlərini yerinə yetirəcəklər. Onlar hərbi texnikanın idarə olunması üzrə normativlərin yerinə yetirilməsi, ərazi üzrə kəşfiyyatın aparılması, partlayış təhlükəsi olan şübhəli predmetlər və minalı sahələrin müəyyənləşdirilməsi işləri üzrə tapşırıqları icra edəcəklər”, - xəbərdə deyilir.
Bir ay ərzində davam edəcək təlimlərdə 100-dən çox hərbi qulluqçu və hərbi texnikanın təxminən 30 vahidi iştirak edir.
Qeyd edək ki, Ermənistanın şimalındakı Gümrü şəhərində yerləşən 102-ci hərbi baza MDB-nin Hava Hücumundan Vahid Müdafiə sistemi çərçivəsində döyüş növbəsi çəkir. 2010-cu ilin avqustunda Rusiya və Ermənistan hərbi bazanın istismar müddətinin 2044-cü ilə qədər uzadılması barədə müqavilə imzalayıb. Müqavilə həmçinin bazanın coğrafi və strateji məsuliyyət sahəsinin genişləndirilməsini nəzərdə tutur. Baza “S-300” zenit-raket kompleksləri və “MİQ-29” qırıcıları ilə təchiz edilib.
Ömər Dağlı
-
Region22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR
-
Magazin121:35
Günelə nə olub? - Xəstəxanadan görüntüsünü paylaşdı və... - FOTO
-
Hadisə21:10
Qırmızı işıqda keçən nazirin maşını aşdı - FOTO
-
Magazin120:22
Müğənni Yalının qohumu sevgilisi tərəfindən qətlə yetirildi - FOTO
-
Dünya19:57
Zelenski onu yeni vəzifəyə təyin etdi
-
Magazin119:15
Talıb Talenin toyu olacaq: özündən 15 yaş kiçik xanımla... - VİDEO
-
Nida Xəbər 18:55
Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi