Dünya
PKK-dan şok iddia: “Türkiyə Öcalanla birbaşa görüşə söz verib”
PKK terror təşkilatının Kandil dağındakı liderlərindən olan Cəmil Bayık tərksilah üçün növbəti şərtini açıqlayıb.
Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, Bayık bunun üçün İmralı adasında həbsdə olan Öcalanın konqresə qatılmalı olduğunu bildirib.
Cəmil Bayık hökumətin “PKK silahı yerə qoyacaq” şəklindəki bəyanatlarını seçki təbliğatı olaraq qiymətləndirib. O, “Öcalan konqresə telekonfransla qatılsa, yaxud da mesaj göndərsə, bu, tərksilah üçün kifayət edərmi” sualına isə “xeyr” cavabı verib: “Biz istədiyimiz zaman konqres keçirərik. Amma bu qərarı Öcalanla şəxsən görüşmədən qəbul etmərik. Hökumət bu problemi həll etmək istəyirsə, konkret addımlar atmaq məcburiyyətindədir. Bu addımlardan biri isə bizim Öcalanla birbaşa görüşümüzün təmin edilməsidir”.
Cəmil Bayık qeyd edib ki, Türkiyə hökuməti Öcalanla birbaşa görüşə şəraitin yaradılması ilə bağlı Oslo danışıqlarında söz verib.
O, 3 PKK-çı qadının öldürüldüyü Paris cinayəti ilə əlaqədar da danışıb: “MİT Paris cinayətini qəbul etdi, amma "biz etmədik, bizim içimizdəki fəthullahçılar etdi” dedilər. Amma bu barədə məlumatları var idi. Oslo danışıqları da qəsdən sızdırıldı və bu, PKK-nın üstünə atıldı”.
Ömər Dağlı
-
Magazin120:22
Müğənni Yalının qohumu sevgilisi tərəfindən qətlə yetirildi - FOTO
-
Dünya19:57
Zelenski onu yeni vəzifəyə təyin etdi
-
Magazin119:15
Talıb Talenin toyu olacaq: özündən 15 yaş kiçik xanımla... - VİDEO
-
Nida Xəbər 18:55
Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi
-
Magazin118:00
"Elgiz və Zaur verilişinə getmək üçün mənə pul verir"
-
Nida Xəbər 17:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Rəsmi xronika16:53
İlham Əliyevin Almaniya XİN rəhbəri ilə görüşü keçirildi
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək