Müharibə Suriyaya 202 milyard dollarlıq zərər vurub
Bizi izləyin

Dünya

Müharibə Suriyaya 202 milyard dollarlıq zərər vurub

Müharibə Suriya iqtisadiyyatına 202.6 milyard dollarlıq zərər vurub.

Publika.az xəbər verir ki, bu barədə BMT-nin dəstəyi ilə Suriya Siyasi Araşdırmaları Mərkəzinin hazırladığı hesabatda bildirilir. Hesabata əsasən müharibə Suriyada işsizlik səviyyəsini artırıb. 2011-ci ildə işsizlik 15 faiz təşkil edirdisə, ötən ilin sonunda bu göstərici 58 faizə yüksəlib.

4 milyon insanın işsiz olduğu bu ölkədə əhali sayı 21 milyondan 17.5 milyona enib.

Suriya münaqişəsinin həlli üçün siyasi razılıq əldə edilməsində nailiyyət olmayıb.

Döyüşlərdə 220 min insan həlak olub, 3.8 milyon suriyalı qonşu ölkələrdə qaçqın kimi sığınacaq tapıb. 6.8 milyon insan ölkə daxilində məcburi köçkün vəziyyətində yaşayır.

Hesabatda deyilir ki, zorakılıqlar uşaqlara ciddi təsir göstərməkdədir. Surada uşaqların yarıdan çoxu məktəbə getmir. Onların əksəriyyəti 3 ildir təhsil almır.

BMT-nin bildirdiyinə görə, dekabr ayında ölkədəki məktəblərin üçdə bir hissəsi dağılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm