Kərkükdə də hücum başladı: İŞİD geri çəkilir
Bizi izləyin

Dünya

Kərkükdə də hücum başladı: İŞİD geri çəkilir

İraq kürd regional rəhbərliyinin Peşmərgə gücləri Kərkükün cənubunda bu gün səhər saatlarında İŞİD terror təşkilatına qarşı əməliyyata başlayıb.

Publika.az “rudaw.net” saytına istinadən xəbər verir ki, Peşmərgə gücləri hücumun ilk mərhələsində Kərkük ətrafındakı Murre kəndinə nəzarəti təmin edib.

Hazırda Peşmərgə güclərinin bölgədəki digər iki kəndə doğru irəlilədiyi bildirilir. Xəbərdə həmçinin İŞİD-in Kərkükün cənubundakı kəndlərdən geri çəkildiyi deyilir.

Qeyd edək ki, Peşmərgə gücləri ötən həftə Kərkükdə əməliyyata başlayıb. Bu müddət ərzində bəzi strateji yaşayış məntəqələri azad olunub.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm