• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

Ruslar Ermənistandan QAÇIR: təkcə ötən il ölkəni 200 ailə tərk edib

  • Dünya
  • 17 Mart 2015 15:27
  • 343 Baxış
Ruslar Ermənistandan QAÇIR: təkcə ötən il ölkəni 200 ailə tərk edib

“2014-cü ildə MDB ölkələrində yaşayan soydaşların könüllü köçünün təşkili ilə bağlı qəbul edilmiş Dövlət Proqramı çərçivəsində Rusiyaya köçən rusəsilli şəxslərin 6,4 faizi Ermənistandandır”.

Publika.az bildirir ki, bu barədə Federal Miqrasiya Xidmətinin rəhbəri Konstantin Romandovski “RİA-Novosti”-yə bildirib. Ruslar Ermənistandakı kasıblıq və dözülməz həyat tərzindən, qanunların onlar üçün törətdiyi maneələrdən bezərək, oranı tərk edirlər.

Qeyd edək ki, Ermənistanda cəmi 14,6 min nəfər rus yaşayır. Onlar ölkə əhalisinin 0,5 faizini təşkil edirlər. SSRİ dağılıqdan sonra ağır sosial problemlər üzündən ruslar kütləvi şəkildə Ermənistandan gediblər.

Hazırda Ermənistandakı rus icması MDB-dəki ən azsaylı icmadır.

1993-cü ildə qəbul edilmiş “Dil Haqqında” qanuna görə, bütün yazışmalar erməni dilinə keçirilib. Ölkənin ali məktəblərində rus fakültələri bağlanıb. Cəmi 40 orta məktəbdə saxlanılan rus siniflərində yalnız etnik rusların uşaqları, Rusiya vətəndaşlarının övladları və qarışıq nikahlardan doğulanlar oxuya bilər. Rus siniflərində proqramlar rus proqramı ilə keçirilir, dərsliklərlə isə Moskva hökuməti təmin edir.

FMX rəhbərinin açıqladığı digər rəqəmlər də maraqlıdır. Bütövlükdə MDB ölkələrindən Rusiyaya köçən ruslar arasında liderliyi Ukrayna edib. Bu ölkədən şimal qonşumuza üz tutanlar arasında köç edənlər 39,2 faizdir. Daha sonra Qazaxıstan (21,2 faiz), Özbəkistan (13,9 faiz) və Moldovadır (8,5 faiz).

Yeni köçənlərin 39 faizi mərkəzi federal dairəyə üz tutublar. İkinci yerdə Sibir durur.

Proqramın icra olunduğu 6 il ərzində MDB ölkələrində yaşayan 282 min nəfər rus daimi yaşamaq üçün Rusiyaya üz tutub. 2014-cü ildə bu say iki dəfə artaraq 106 minə çatıb.

Xaqani SƏFƏROĞLU

Xəbər lenti

DAHA ÇOX XƏBƏR