• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

Ukraynada hərbçinin uşağı vurması iğtişaşa səbəb oldu

  • Dünya
  • 18 Mart 2015 06:09
  • 387 Baxış
Ukraynada hərbçinin uşağı vurması iğtişaşa səbəb oldu

Donetsk vilayəti Konstantinovka şəhərində Ukrayna silahlı qüvvələrinə məxsus hərbi maşının vurduğu 8 yaşlı qız uşağının ölümü şəhərdə iğtişaşlara səbəb olub.

Publika.az xəbər verir ki, qəzəblənmiş izdiham hərbçilərin müvəqqəti yaşayış məntəqələrinə hücum edib. Yol-nəqliyyat hadisəsi (YNH) şəhər xəstəxanası yaxınlığında baş verib. Uşağın yanında olan xalası xəsarətlərlə xəstəxanaya düşüb.

Vilayət milisi desant döyüş maşınının (BMD) yoldan keçən iki uşaqla bir qadını vurduğunu bildirib. Daha sonra vilayət milis rəhbəri Vyaçeslav Abroskin uşaq arabasında olan körpənin zərər çəkmədiyini deyib. 39 yaşlı qadın isə müxtəlif ağırlıqda xəsarətlər alıb. Milis rəisinin sözlərinə görə, yol-nəqliyyat hadisəsinə hərbçilərin yol hərəkəti qaydalarını pozması səbəb olub.

“YNH-də günahkar olan iki hərbçi saxlanılıb və hərbi prokurorluğa verilib”, - Vyaçeslav Abroskin Facebook səhifəsində yazıb.

Müdafiə Nazirliyinin məlumatına görə, sürücü maşının idarəsini itirərək piyadaları vurub. Nazirlikdən YNH haqqında hərbi prokurorluğa məlumat verildiyi və qəzada təqsirlilərin ciddi məsuliyyətə cəlb edəcəklərini deyiblər.

“Bundan başqa, lazımi nəzarət olmadığına görə müvafiq komandirlər də cəzalandırılacaq”, - Müdafiə Nazirliyinin məlumatında deyilir.

Buna baxmayaraq 100-dən çox insan Ukrayna hərbçiləri yaşayan iqtisadiyyat texnikumu yataqxanasının binasına yollanıb. İzdiham binanın pəncərələrini sındırıb və onun önündə bir neçə avtomobil şinini yandırıb. Daha sonra qəzəblənmiş camaat hərbçilərin yerləşdiyi məktəbə sarı gediblər.

Konstantinovka saikini Mariya söyləyib ki, qəzadan bir neçə saat keçmiş onun yerində böyük izdiham dayanırdı.

Onun sözlərinə görə, yerli sakinləri günahkarların cəzasız qalacağı, qəzaya görə günahın isə piyadaların boynuna qoyulacağı narahat edir.

Konstantinovka Ukrayna hakimiyyətinin nəzarəti altındadır.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR