İsraildə parlament seçkilərinin qalibi - NETANYAHU
Bizi izləyin

Dünya

İsraildə parlament seçkilərinin qalibi - NETANYAHU

İsraildə dünən keçirilən növbədənkənar parlament seçkilərində səslərin sayılması başa çatıb.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, İsrail Mərkəz Seçki Komitəsinin açıqladığı ilkin məlumata görə, baş nazir Benyamin Netanyahunun başçılıq etdiyi Likud Partiyası parlamentdə 29 yer qazanıb.

Müxalifətdəki “Sionist Birliyi” isə 24 yer qazanıb. Benyamin Netanyahu ilkin nəticələrin açıqlanmasından sonra “Twitter” hesabından şərh verib. “Bütün çətinliklərə baxmayaraq, Likud və İsrail üçün möhtəşəm bir qələbə”, - Netanyahu yazıb.

İsrail Mərkəz Seçki Komitəsinin məlumatına görə, səsvermə hüququ olan israillilərin 71,8 faizi səsvermədə iştirak edib. Likud Partiyası səslərin 23,27 faizini əldə edib. İzak Herzoq və Tzipi Livninin liderlik etdiyi “Sionist Birlik” isə 18,73 faiz səslə kifayətlənməli olub.

Üçüncü olan “Birləşmiş Ərəb Siyahısı” 10,98 faiz səs qazanıb. Bu isə ərəblərə Knessetdə 14 deputatla təmsil olunmağa imkan verəcək.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm