Yandırılan qadını hüquq müdafiəçiləri dəfn edib
Bizi izləyin

Dünya

Yandırılan qadını hüquq müdafiəçiləri dəfn edib

Quranı yandırdığı iddia olunan, kütlənin döyüb öldürdüyü əfqan qadın - Fərhundəni qadın hüquq müdafiəçiləri dəfn edib.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, dəfn mərasimi izdihamlı keçib. İzdiham qatillərin məsuliyyətə cəlb olunmasını tələb edib.

Əfqanıstan Daxili İşlər Nazirliyinin rəsmisi Mohammad Zahir deyib ki, qadının Quranı yandırdığı iddiaları təsdiqini tapmayıb.

Fərhundə martın 19-da kişilərdən ibarət qrup tərəfindən döyülüb yandırıldıqdan sonra Kabil çayına atılıb.

Prezident Ashraf Gani hadisəni “iyrənc akt” adlandırıb, istintaq aparılması barədə göstəriş verib. Polis qətllə bağlı 13 nəfəri həbs edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm