Dünya
Şiə qiyamçıları Yəmənin ən böyük bazasını ələ keçirdi
Yəmənin şiə Husi - Ənsarullah təşkilatının silahlıları ölkənin ən böyük hava bazası olan Əl - Aned bazasını ələ keçirib.
Publika.az xarici mediaya istinadən xəbər verir ki, qiyamçılar həmçinin prezident Abdurrabi Mənsur Hadinin müvəqqəti paytaxt elan etdiyi Adenin 60 kilometrliyində yerləşən Lahic şəhərini tutub.
Məlumata görə, bazanın müdafiəsi üçün heç bir müqavimət göstərilməyib. Prezident Hadinin Yəməndən qaçdığı iddia edilsə də, onun məsləhətçiləri dövlət başçısının Yəməndə olduğunu və heç bir yerə getməyəcəyini söyləyiblər.
Yerli qaynaqlarin məlumatına görə, Husilər Lahic şəhərini keçmiş prezident Əli Abdullah Salehin tərəfdarlarının dəstəyi ilə ələ keçirib.
Qeyd edək ki, daha əvvəl yayılan xəbərdə Husi silahlılarının Yəmənin müdafiə naziri Mahmud es - Subeyhi və Lahic şəhərinin briqada komandiri general Faysal Rəcəbi oğurladığı bildirilib.
Ömər Dağlı
-
Region22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR
-
Magazin121:35
Günelə nə olub? - Xəstəxanadan görüntüsünü paylaşdı və... - FOTO
-
Hadisə21:10
Qırmızı işıqda keçən nazirin maşını aşdı - FOTO
-
Magazin120:22
Müğənni Yalının qohumu sevgilisi tərəfindən qətlə yetirildi - FOTO
-
Dünya19:57
Zelenski onu yeni vəzifəyə təyin etdi
-
Magazin119:15
Talıb Talenin toyu olacaq: özündən 15 yaş kiçik xanımla... - VİDEO
-
Nida Xəbər 18:55
Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi