Yəmən İran-Səudiyyə müharibəsinin meydanına çevrilir
Bizi izləyin

Dünya

Yəmən İran-Səudiyyə müharibəsinin meydanına çevrilir

Yəmən burada bir-birilə rəqabət aparan şiəməzhəb husi qiyamçıları, sünni tayfaları, Səudiyyə Ərəbistanı və başqa Körfəz ölkələri, İran, habelə İslam Dövləti təşkilatı arasındakı qarşıdurma nəticəsində getdikcə daha çox zorakılıq meydanına çevrilməkdədir.

Vəziyyət o qədər pisdir ki, ABŞ və Britaniya bu ölkədəki səfirliklərini bağlamış, Körfəzin ərəb ölkələri isə öz diplomatik missiyalarını ölkənin cənubundakı Ədən şəhərinə köçürmüşlər.

Husilər Ədən şəhərinə doğru hərəkət edirlər. Bu şəhər isə Qırmızı dənizdə hər gün 20 min gəminin keçdiyi Bab əl-Məndəb boğazının üstündə yerlıəşir.

Körfəz Əməkdaşlıq Şurasını öz ölkəsinə müdaxiləyə çağırmış Yəmən prezidenti Əbdərrəbuh Mənsur Hadi də Ədəndəki iqamətgahına sığınıb.

Belə bir vəziyyətdə Yəmən yeni, daha geniş müharibənin meydanına çevrilə bilərmi?

Məhzəb qarşıdurmaları

Bu münaqişənin əsas qarşıduran tərəfləri husi qiyamçıları və Yəmən hökumətidir.

Husilər şiə məzhəbinin Zeydi təriqətinə aiddirlər. Onlara qarşı nəinki Sanadan qovduqları hökumət, həm də sünni tayfaları çıxış edirlər.

Bundan əlavə Ərəb yarımadasındakı əl-Qaeda (AQAP) və şiələri kafir sayan İslam Dövlıətinin cihadçıları da onlara qarşıdırlar.

Martın 20-də İD husi tərəfdarlarının toplaşdığı 4 məsçiddə 130 insanın həyatına son qoymuş intihar bombaları partlatmaqla özünün bu ölkədəki qanlı debütünə başlayıb.

Husilər Yəmənin şimalından gəliblər və ölkənin əksər hissəsində geniş dəstəyə malik deyillər.

Bununla belə, onlar ötən sentyabrda paytaxt Sananı ələ keçirməklə özlərini mahir döyüşçü kimi göstəriblər.

Qüdrətli keçmiş prezident Əli Abdullah Salehin də onları dəstəklədiyi düşünülür.

Saleh bu yolla BMT tərəfindən dəstəklənən prezident Hadini ölkənin normal idarəetməsindən məhrum etməyə çalışır.

Bəzi iddialara görə şiəməzhəb husi qiyamçılarını həm də İran dəstəkləyir. Qiyamçılar bu iddiları rəsmən təkzib edirlər, lakin onların əsas fiqurlarının İranın müqəsddəs Qum şəhərinə baş çəkdikləri xəbər verilib. Belə söhbətlər də var ki, İran pilotları husilərə aviasiya dəstəyi verirlər.

Bu vəziyyət hazırda Səudiyyə Ərəbistanını ciddi narahat edir, lakin ər-Riyad qonşu ölkədə İrana meylli hərəkatın yayılması qarşısındfa bir qədər gec ayılıb.

Pərdə arxasından döyüşənlər

2010-cu ildə Yəmənlə ortaq sərhədlərində husilərə aviasiya zərbələri endirmiş səudlar deyirlər ki, İranın regionda məzhəb ədavəti toxumlarını səpməsinə yol verməyəcəkılər.

Səudiyyə Ərəbistanı hazırda Yəmənlə sərhəddə möhkəm çəpərin quraşdırılması ilə məşğuldur və Qırmızı dənizdəki Cizan portundakı hərbi dəniz donanması bazasını gücləndirməyə çalışır.

Təhlilçiləri narahat edən budur ki, Yəməndəki vətəndaş müharibəsində qarşıduran tərəfləri dəstəkləyən İran və Səudiyyə bu münaqişəyə birbaşa cəlb oluna bilərlər.

Bəzi şərhçilərin fikrincə isə İranın husilərə dəstəyinin miqyası xeyli şişirdilib.

Müdaxilələr tarixi

Yəmən öz tarixində ilk dəfə deyildir ki, xarici müdaxiləyə məruz qalır.

1960-cı illərdə Camal Əbdül Nasir Yəməndə krala sadiq qüvvələrə qarşı döyüşən respublikaçıları dəstəkləmək üçün Misirin hərbi təyyarələrini göndərmişdi.

Ədən və ona bitişik bəzi rayonlar 1967-ci ilədək Britaniyanın protektoratı olub.

O vaxtlar Cənubi Yəmənə sovetlər tərəfindən dəstəklənən kommunistlər rəhbərlik edirdirlər.

1994-cü ilin vətəndaş müharibəsi zamanı Səudiyyəninin ölkənin ikiyə parçalanması üçün cəhdlər göstərdiyi iddia olunur.

Son 20 ildə isə ABŞ bu ölkədə azsaylı hərbi kontingentə malik olub.

Hazırda 200 nəfərlik bu qüvvə Yəməndən çıxarılıb./BBC/

Oxumağa davam et
Reklam
Reklam

Gündəm