Yəmən Ərəb dövlətlərini birləşdirir
Bizi izləyin

Dünya

Yəmən Ərəb dövlətlərini birləşdirir

Ərəb ölkələri liderləri Yəməndəki böhranı müzakirə etmək və xaosdan mümkün çıxış yolu imkanlarını araşdırmaq üçün Misirin Şarm-əl-Şeyx kurort şəhərində bir araya gəliblər.​

Publika.az xəbər verir ki, sammitin açılışında Misir prezidenti Abdül Fattah al-Sisi regional təhlükəsizliyi qorumaq üçün ərəb hərbi güclərinin yaradılmasına çağırıb.

Yəməndəki zorakılıqlar keçən il İranın dəstək verdiyi husilərin paytaxt Sananı ələ keçirməsindən və prezident Abdrabbu Mansur Hadini hakimiyyətdən kənarlaşdırmasından sonra başlayıb.

Bu həftənin əvvəlində Səudiyyə Ərəbistanı ərəb ölkələri koalisiyasının önündə gedərək husilərin mövqelərinə, xüsusilə paytaxt Sana ətrafına hava zərbələri endirib. Yəmən prezidenti Hadi martin 25-də ölkədən qaçıb. O, martın 28-də keçirilən sammitdə iştirak edir. Sammitə BMT baş katibi Ban Gi Mun da qatılıb. O, Yəmən böhranının müzakirələr yolu ilə həll edilməsinin vacibliyini vurğulayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm