Dünya liderləri barədə gizli məlumatlar səhv ünvana getdi - QALMAQAL
Bizi izləyin

Dünya

Dünya liderləri barədə gizli məlumatlar səhv ünvana getdi - QALMAQAL

Avstraliyada keçirilən son G20 (“Böyük iyirmilik”) sammitinə qatılan dünya liderləri barədə şəxsi məlumatlar səhv ünvana göndərilib.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, dünya liderlərinin pasport nömrələri, viza məlumatları və onlarla əlaqədar digər gizli detalların səhvən Asiya Kuboku üzrə futbol turnirini təşkil edən səlahiyyətlilərə göndərildiyi ortaya çıxıb.

G20-yə qatılan 31 lider arasında ABŞ-ın prezidenti Barak Obama, İngiltərənin baş naziri Devid Kameron, Almaniyanın kansleri Angela Merkel, Rusiya prezidenti Vladimir Putin və Türkiyənin baş naziri Əhməd Davudoğlu kimi adlar var.

Avstraliyalı səlahiyyətlilərin isə yol verilən səhvlə əlaqədar dünya liderlərinə məlumat verib-vermədiyi bilinmir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm