Dünya
Moskva 3000 Ermənistan vətəndaşını əvf etdi
2015-ci ilin birinci rübündə Ermənistanın 6400-dən çox vətəndaşının Rusiyaya girişi qadağan edilib.
Publika.az “news.am” saytına istinadən xəbər verir ki, Rusiyaya girişi qadağan edilən Ermənistan vətəndaşları Rusiya tərəfinə çatdırılması üçün Ermənistan Dövlət Miqrasiya Xidmətinə müraciət ediblər.
Ermənistan Dövlət Miqrasiya Xidmətinin müdiri Qaqik Yeqanyan bildirib ki, sözügedən müraciətlərdən 5800-ü artıq Rusiya tərəfinə göndərilib. O, hər gün Ermənistan vətəndaşlarından 50-60 bu cür müraciəti aldığını deyib. “Hər gün 50-60 müraciət alırıq. Rusiya tərəfinə çatdırdığımız 5800 müraciətdən təxminən 3000-lə bağlı müsbət nəticə var”, - o vurğulayıb.
Qeyd edək ki, Rusiyada miqrasiya qanunvericiliyini pozan xarici vətəndaşların ölkəyə girişi 10 ilə kimi qadağan edilib. Rusiya mənbələrinə əsasən Ermənistanın təxminən 50-60 min vətəndaşı Rusiyaya qayıda bilmir.
Ömər Dağlı
-
Magazin120:22
Müğənni Yalının qohumu sevgilisi tərəfindən qətlə yetirildi - FOTO
-
Dünya19:57
Zelenski onu yeni vəzifəyə təyin etdi
-
Magazin119:15
Talıb Talenin toyu olacaq: özündən 15 yaş kiçik xanımla... - VİDEO
-
Nida Xəbər 18:55
Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi
-
Magazin118:00
"Elgiz və Zaur verilişinə getmək üçün mənə pul verir"
-
Nida Xəbər 17:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Rəsmi xronika16:53
İlham Əliyevin Almaniya XİN rəhbəri ilə görüşü keçirildi
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək