• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

Atatürkün zəhərləndiyi sübut olunur: prezidenti kim öldürüb? – ŞOK SƏNƏDLƏR

  • Dünya
  • 6 Aprel 2015 11:43
  • 1 712 Baxış
Atatürkün zəhərləndiyi sübut olunur: prezidenti kim öldürüb? – ŞOK SƏNƏDLƏR

Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün ölümündəki sirr pərdəsi aralanır.

Publika.az “Yeni Şafak” qəzetinə istinadən xəbər verir ki, sənədlər 77 ildir danışılan “Atatürk zəhərləndi” iddiasının gerçək olduğunu və “sui-qəsdin” Türkiyənin ikinci prezidenti İsmət İnönü tərəfindən hazırlandığını ortaya qoyur.

Qəzet yazır ki, 77 ildir yalnız dost məclislərində gündəmə gələn “Atatürk ölmədi, zəhərləndi” iddiaları ilə bağlı tarixi sənədlər ortaya çıxıb. Əlli yeddi yaşında həyatını itirən Atatürkün dövrün siyasiləri və həkimləri tərəfindən zəhərləndiyinə dair iddialar zaman-zaman dilə gətirilsə də, bunlar yalnız müzakirələrlə tamamlanmışdı.

Son olaraq baş nazir Bülent Ecevitin həkimi Mücahid Pəhləvan “Atatürk zəhərləndi” deyərək məzarının açılmasını və cəsədin DNT testindən keçirilməsini təklif etmişdi. “Yeni Şafak”ın yazdığına görə, Atatürkün zəhərləndiyini sübut edəcək ilk sənəd daxili işlər naziri Şükrü Kayanın 30 iyun 1938-ci ildə, yəni Atatürkün ölümündən 4,5 ay əvvəl İsmət İnönüyə göndərdiyi məktubdur. Kaya yazıda “Təyin etdiyimiz həkimin vəzifəsini layiqincə yerinə yetirdiyi qənaətindəyəm” deyir. Məktuba görə Atatürk həkimlərdən şübhələndiyi üçün xarici həkimləri uzaqlaşdırır və “Məni türk həkimlərinə əmanət edin” təlimatı verir. CHP-li Şükrü Kaya İnönüyə göndərdiyi məktubunda Atatürkün yanına yerləşdirilən həkimin “vəzifəsini layiqincə yerinə yetirdiyindən” bəhs edir və “Sizi yaxında prezident olaraq görəcəyik” deyir.

İkinci yazını isə CHP-nin keçmiş rəhbəri Kasım Gülek yazıb. O, 26 fevral 1959-cu il tarixli yazısında sonralar daxili işlər naziri olacaq Hıfzı Oğuz Bekataya nəzakətli bir şəkildə xəbərdarlıq edir. CHP sədri “Atatürkün zəhərlənməsi ilə bağlı hesabatı” başqaları ilə paylaşdığı üçün Bekataya “Bu məsələnin altından qalxa bilmərik. Keçmişdə edilən səhvləri kompensasiya edə bilməyəcəyimizi yaxşı bilirsən” deyir. Hıfzı Oğuz Bekataya CHP sədrinin xəbərdarlıqlarına baxmayaraq, Atatürkün ölümünün arxasındakı sirri araşdırmağa davam edib. Bekataya bunun üçün həkim Lebit Yurdoğlundan dəstək istəyir. Yurdoğlu əldə etdiyi məlumatları analiz edərək Bekataya yazdığı yazıda Atatürkün öldürüldüyünə diqqət çəkir.

Lebit Yurdoğlu 18 oktyabr 1962-ci il tarixli məktubunda Atatürkə qoyulan diaqnozlara uyğun dərmanlardan istifadə edilmədiyini bildirib.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR