Putin Çanaqqala zəfərinin yubileyinə Narışkini göndərir – FOTOLAR
Bizi izləyin

Dünya

Putin Çanaqqala zəfərinin yubileyinə Narışkini göndərir – FOTOLAR

Rusiya prezidenti Vladimir Putin aprelin 24-də Türkiyədə qeyd olunacaq Çanaqqala zəfərinin yubiley tədbirinə Dövlət Dumasının sədri Sergey Narışkini göndərəcək.

Publika.az-ın məlumatına görə, bu barədə Rusiyanın “Kommersant” qəzeti məlumat yayıb.

Məlumata görə, Rusiya rəhbərliyi Ermənistanla yanaşı, Türkiyə rəhbərliyinin də dəvətinə böyük diqqət göstərir: “Ona görə də prezident Putin aprelin 24-də İrəvana getməyi düşünsə də, Türkiyəyə də yüksək vəzifəli şəxs göndərəcəyi şübhə doğurmur”.

Qəzet həmçinin Kremlin mətbuat xidmətinə istinadən yazır ki, Türkiyə Rusiya üçün Avrasiyada strateji müttəfiq dövlət hesab olunur.

Xatırladaq ki, Rusiya prezidenti Vladimir Putin bir müddət öncə bəyan edib ki, o, Serj Sarkisyanın dəvətilə aprelin 24-də İrəvanda qondarma erməni soyqırımı iddialarının 100-cü ildönümünə həsr olunan tədbirə qatılacaq.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm