Dənizdə gəmi batdı: 41 miqrant öldü
Bizi izləyin

Dünya

Dənizdə gəmi batdı: 41 miqrant öldü

Aralıq dənizində növbəti gəmi faciəsi baş verib.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, Liviyadan İtaliyaya qeyri-qanuni miqrantlar daşıyan bir gəmi Siciliya adası sahillərində batıb.

Gəmidəki 41 adamın öldüyü bildirilir. Beynəlxalq Miqrasiya Təşkilatının sözçüsü batan gəmidən yalnız dörd nəfərin xilas edildiyini söyləyib.

Gəminin Trablus limanından çıxdığı bildirilir.

İki gün əvvəl isə Liviyadan İtaliyaya yola çıxan və təxminən 550 miqrant daşıyan gəmi Aralıq dənizində batıb. Qəza nəticəsində 400 nəfər itkin düşüb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm