Ankaradan Vaşinqtona sərt cavab: “Bizə ağıl verəcək son ölkə ABŞ-dır”
Bizi izləyin

Dünya

Ankaradan Vaşinqtona sərt cavab: “Bizə ağıl verəcək son ölkə ABŞ-dır”

“Vikiliks” da daxil olmaqla ABŞ-dakı internet məhdudiyyətlərini hər kəs bilir.

“İnternetlə əlaqədar bizə ağıl və ya tövsiyə verəcək ən son ölkə Amerika Birləşmiş Ştatlarıdır”.Publika.Az –ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, bu sözləri Türkiyənin Avropa Birliyi (AB) naziri Mövlüd Çavuşoğlu internetlə əlaqədar yeni qanuna ABŞ və AB-dən gələn tənqidləri şərh edərkən deyib.

M.Çavuşoğlu dünən qonağı olduğu NTV televiziyasının bir proqramında gündəmlə bağlı sualları cavablandırıb. O, ABŞ və AB-dən gələn tənqidlərə bu şəkildə cavab verib:“İnternetlə əlaqədar bizə ağıl və ya tövsiyə verəcək ən son ölkə ABŞ-dır. “Vikiliks” da daxil olmaqla ABŞ-dakı internet məhdudiyyətlərini hər kəs bilir. ABŞ-ın özünün internet qanununun məzmununa baxmadan, Almaniya və başqa ölkələrin qəbul etdiyi qanunlara baxmadan bu şəkildə şərhlərin verilməsi bizim üçün qəbuledilməzdir”.

“Türkiyə müstəqil bir dövlətdir. Biz hər bir qanunu onların istədiyi kimi qəbul edə bilmərik”, - Türkiyənin AB naziri söyləyib.

Qeyd edək ki, Türkiyə parlamentinin qəbul etdiyi internet qanununa görə, hakimiyyət məhkəmə qərarı olmadan internet səhifələrini bağlamaq səlahiyyəti əldə edir. Qanun prezident Abdulla Gül tərəfindən də təsdiqlənib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm