Şahzadə Mustafanın məzarına ziyarətçi axını
Bizi izləyin

Dünya

Şahzadə Mustafanın məzarına ziyarətçi axını

Türkiyənin Bursa şəhərində yerləşən Şahzadə Mustafanın türbəsini 1 həftədə 5000 nəfər ziyarət edib.

Ötən həftə televiziyada yayımlanan "Muhteşem Yüzyıl" serialında atası Sultan Süleyman tərəfindən boğularaq öldürüləndən sonra Mustafanın məzarına ziyarətçi axını dayanmır. Türbədə restavrasiya işləri getməsinə baxmayaraq vətəndaşlar türbəyə gəlib dua edir, bəziləri isə məzara qərənfil qoyurlar.

Şahzadə Mustafa türbəsindəki bərpa işlərinin təxminən bir ilə yekunlaşacağı gözlənilir./teleqraf.com

Oxumağa davam et
Reklam
Reklam

Gündəm