Körpəyə öpüşlə həyat verdilər
Bizi izləyin

Dünya

Körpəyə öpüşlə həyat verdilər

Körpəyə öpüşlə həyat verdilər

ABŞ-da qəflətən nəfəsi kəsilən körpə üçün yolda səfərbərlik başladılıb.

ABŞ -ın Florida əyalətində şose yolunda yaşanan qorxulu anlar həmin vaxt təsadüfən orda olan bir jurnalist tərəfindən görüntülənib.

İngilis Daily Mailin xəbərinə görə Sebastian yarımçıq doğum səbəbiylə tənəffüs çətinliyi çəkirdi. Xalasının avtomobilində olarkən kiçik körpənin nəfəsi kəsilib və rəngi göyərməyə başlayıb.

Xala Pamelo Rauseo dərhal maşını kənara çəkib və qışqırıqlarla kömək istəməyə başlayıb.Bu vaxt şosedən keçən və Pamelanın qışqırıqlarına qeydsiz qala bilməyən "Miami Herald" foto müxbiri Al Diaz və başqa bir qadın da köməyə qaçıb.

Jurnalist nəqliyyatı dayandıraraq digər vasitələrdən kömək istəməyə başlayıb.

Sürətli və şüurlu edilən ilk yardım sayəsində yenidən nəfəs almağa başlayan Sebastianın vəziyyətini , təcili yardım gələnə qədər stabil saxlamaq vəzifəsi isə yenə tıxacda qalan iki xilasetmə vəzifəlisinə düşüb.

Balaca Sebastianın vəziyyəti indi yaxşıdır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm