Türkiyə hərəkətə keçdi: Davudoğlu təcili reyslə Kiyevə getdi
Bizi izləyin

Dünya

Türkiyə hərəkətə keçdi: Davudoğlu təcili reyslə Kiyevə getdi

Türkiyə Xarici işlər naziri Əhməd Davudoğlu Simferopol Hava Limanının ruslar tərəfindən ələ keçirilməsindən sonra dərhal Bolqarıstandan Ukraynaya gedib.

Türkiyə Xarici işlər naziri Əhməd Davudoğlu Simferopol Hava Limanının ruslar tərəfindən ələ keçirilməsindən sonra dərhal Bolqarıstandan Ukraynaya gedib.

Bu barədə türk mediası məlumat yayıb.

Xarici işlər naziri Əhməd Davudoğlu və nümayəndə heyəti Ukraynanın paytaxtı Kiyevə gedib. Davudoğlu Türkiyənin Kiyevdəki səfirliyində qısa bir müddət istirahət etdikdən sonra Krımın Tatar Milli Məclisinin sabiq rəhbəri və Ukrayna parlamentinin üzvü Mustafa Abdülcəmil Kırımoğlunu qəbul edəcək. Davudoğlu Ukraynada yeni rəhbərliyin nümayəndələri ilə sabah bir araya gələcək.

Davudoğlu sürpriz səfəri çərçivəsində Ukrayna prezidenti və parlament sədri Oleksandr Turçinov ilə Baş nazir Arseniy Yatsenyukla da görüşəcək. - See more at: http://axar.az//news/10343#sthash.6WKEs2V7.dpuf

Oxumağa davam et
Reklam
Reklam

Gündəm