Şok iddia: MİT rəhbəri öldürüləcəkdi, Ərdoğan isə...
Bizi izləyin

Dünya

Şok iddia: MİT rəhbəri öldürüləcəkdi, Ərdoğan isə...

Türkiyənin Ədalət və İnkişaf Partiyasından olan millət vəkili Şamil Tayyar “Kripto” adlı yeni kitabında Milli İstihbarat Təşkilatının (MİT) rəhbəri Hakan Fidanla bağlı şok iddia irəli sürüb.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, millət vəkili kitabında MİT rəhbərinin 2012-ci ildə ifadə vermək üçün Türkiyənin Baş prokurorluğuna çağırılmasına toxunub.

“MİT əməliyyatı siyasi iqtidar üçün qırılma anıdır. Əgər Hakan Fidan ifadə vermək üçün getsəydi, əməliyyat böyük ölçüdə müvəffəqiyyət qazanardı. Çünki əməliyyatın bir neçə hədəfi var idi. Əvvəlcə Hakan Fidanın həbs edilərək həbsxanada öldürülməsi planlaşdırılmışdı. Hakan Fidanın üzərindən isə Baş nazir Ərdoğanı hakim qarşısına çıxaracaqdılar”, - AKP-li millət vəkili yazıb.

Qeyd edək ki, 27 may 2010-cu ildə MİT sədri təyin olunan Hakan Fidanla bağlı ən səs-küylü hadisə 2012-ci il fevralın 7-də baş verib. Həmin vaxt Türkiyə Baş prokurorluğu KCK (Kürdüstan Cəmiyyəti) prosesi ilə bağlı MİT-in bir neçə vəzifəli şəxsini, o cümlədən qurumun rəhbəri Hakan Fidanı ifadə verməyə çağırması siyasi böhrana səbəb olub. Həmin vaxt baş nazir Ərdoğan açıq şəkildə “sirr qutusu”adlandırdığı Fidanın ifadə verməsinə mane olub.

Bu hadisədən sonra hökumətin təklifi ilə parlamentdə 6278 saylı “Dövlət Kəşfiyyat Xidmətləri və Milli İstihbarat Təşkilatı Qanununda dəyişiklik edilməsinə dair” Qanun qəbul edilib. Yeni qanun MİT rəhbərinin yalnız baş nazirin razılığı əsasında ifadə verə biləcəyini təsdiqləyir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm