Evində porno DVD saxlayan 4 il həbs cəzası alacaq
Bizi izləyin

Dünya

Evində porno DVD saxlayan 4 il həbs cəzası alacaq

Türkiyənin Konstitusiya Məhkəməsi “oral, anal, qrup və lezbiyan” əlaqələrin yer aldığı görüntüləri, audio qeydləri və yazıları satanlara, toplayanlara və saxlayanlara 1 ildən 4 ilə qədər həbs cəzası verilməsini təsdiqləyib.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, qərara qarşı çıxanlar dövlətin cinsi davranışları məhdudlaşdırmasının düzgün olmadığını bildiriblər.

Qərarın əksinə çıxanlar bildiriblər ki, Konstitusiya Məhkəməsi yalnız porno görüntüləri və səs qeydlərini toplayanları deyil, həm də onları saxlayanları cəzalandırmaqla inzanların məhrəm həyatına müdaxilə edilir. Qeyd edilir ki, sözügedən qanun daha sadə müdaxilələr qarşısını açacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm