Dünya
İŞİD-ə qarşı yeni ordu yaradılır
İŞİD-lə mübarizə aparmaq üçün yeni ordu
yaradılacaq.
Publika.az-ın məlumatına görə, bu barədə Türkiyədə
səfərdə olan İraq prezidenti Fuad Masum Rəcəb Tayyib Ərdoğanla
birgə keçirdiyi mətbaut konfransında deyib. Onun sözlərinə görə,
İraq ordusu yaxın müddətdə Mosulu azad etmək üçün əməliyyata
başlamayacaq:
"Mosul çox böyük bir şəhərdir və əhalisi da çoxdur. Belə bir
əməliyyat üçün bütün hər şeyi tamamlamaq lazımdır. Yeni qurulan
ordu yalnız şiələrdən ibarət deyil. Orduda bütün qruplardan olan
hərbçilər var".
Fuad Masum İŞİD-lə mübarizədə üzləşdikləri çətinliklərdən də
danışıb: "İŞİD nizamlı təşkilat deyil, şəbəkə təşkilatıdır. Bu gün
burada terrorlar edir, sabah başqa kənddə və ya şəhərdə edir. Bu
yaxınlarda Tiqritdə də qarşıdurmalar oldu. Amma İraq silahlı
qüvvələri Tiqritdə müvəffəqiyyət əldə edə bildi. Diyalə şəhərində
də qarşıdurmalar var. Bu qarşıdurmalar davam edir".
-
Magazin120:22
Müğənni Yalının qohumu sevgilisi tərəfindən qətlə yetirildi - FOTO
-
Dünya19:57
Zelenski onu yeni vəzifəyə təyin etdi
-
Magazin119:15
Talıb Talenin toyu olacaq: özündən 15 yaş kiçik xanımla... - VİDEO
-
Nida Xəbər 18:55
Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi
-
Magazin118:00
"Elgiz və Zaur verilişinə getmək üçün mənə pul verir"
-
Nida Xəbər 17:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Rəsmi xronika16:53
İlham Əliyevin Almaniya XİN rəhbəri ilə görüşü keçirildi
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək