"Baltimorda baş verənlərə görə Obama məsuliyyət daşıyır"
Bizi izləyin

Dünya

"Baltimorda baş verənlərə görə Obama məsuliyyət daşıyır"

ABŞ-ın tanınmış milyarderi, Respublikaçılar Partiyasının üzvü Donald Tramp bəyan edib ki, Baltimorda baş verən qarışıqlığa görə şəxsən Barak Obama məsuliyyət daşıyır.

Trend-in "İnterfaks" agentliyinə istinadən verdiyi məlumata əsasən, o, ABŞ Prezidentinin Baltimoru dağıdan quldurlara qarşı müsbət təsir edə bilmədiyini deyib.

D.Tramp bu sözlərindən sonra ciddi narazılıqla qarşılaşıb.

Qeyd edək ki, daha əvvəl Baltimor şəhərində fövqəladə vəziyyət elan edilmişdi. Şəhər sakinləri afroamerikalı Freddi Qreyin polis tərəfindən saxlandıqdan sonra ölməsi ilə bağlı etiraz aksiyaları keçiriblər.

Ötən gün şəhərdə komendant saatı elan edilmişdi. Bu, 1 həftə davam edəcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm