ABŞ İran sahillərinə döyüş gəmisi göndərdi
Bizi izləyin

Dünya

ABŞ İran sahillərinə döyüş gəmisi göndərdi

İranın hərbi dəniz güclərinin ələ keçirdiyi gəmi ABŞ-a məxsus deyil.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) sözçüsü Stiv Varren bildirib.

O, İranın Marşal Adaları bayrağı daşıyan “MV Maersk Tigris” gəmisini ələ keçirdiyini deyib. Pentaqonun sözçüsü Hörmüz boğazından keçən gəmidəki ekipaj üzvləri arasında ABŞ vətəndaşının olmadığını qeyd edib.

Varren “Maersk Tigris” gəmisindən gələn yardım çağırışına cavab olaraq ABŞ-ın “USS Farragut” hərbi gəmisi və bir təyyarənin müşahidə üçün bölgəyə göndərildiyini bildirib.

Sakit okeanda yerləşən Marşal Adaları bir vaxtlar ABŞ tərəfindən idarə olunurdu.

Qeyd edək ki, dünən Səudiyyə Ərəbistanının “Əl Arabiyya” kanalı 34 ekipaj üzvünün olduğu ABŞ-ın yük gəmisinin İranın cənubunda yerləşən Bender Abbas limanına aparıldığını xəbər verib. İran hərbi donanmasının ABŞ gəmisinə atəş açdığı bildirilir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm