“Əl-Nüsra” Cəbhəsi Əsədin məmləkətinə hücuma başladı
Bizi izləyin

Dünya

“Əl-Nüsra” Cəbhəsi Əsədin məmləkətinə hücuma başladı

“Əl-Nüsra” Cəbhəsi Suriyada Bəşər Əsəd rejimi üçün strateji əhəmiyyətə sahib olan Lazikiye şəhərinə hücuma başlayıb.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Suriyanın rəsmi dövlət agentliyi SANA bildirib.

Agentliyə danışan ordu səlahiyyətlisi Lazikiye yaxınlığında toplanan “Əl-Nüsra” Cəbhəsinin silahlılarına qarşı aviazərbələrin endirildiyini deyib. Səlahiyyətli əməliyyatın gedişatında çoxlu sayda silahlının öldürüldüyünü söyləyib.

Londonda yerləşən Suriya İnsan Haqları Təşkilatının başçısı Ramı Abdülrahman Lazikiye əhalisinin silahlanaraq rejim qüvvələrinə dəstək verdiyini bildirib.

Qeyd edək ki, Lazikiye Bəşər Əsədin doğulduğu şəhərdir. Liman şəhərindən rejim ordusuna böyük dəstək verilir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm