Rusiya Avropaya nüvə zərbəsi endirməyə hazırlaşır - HESABAT
Bizi izləyin

Dünya

Rusiya Avropaya nüvə zərbəsi endirməyə hazırlaşır - HESABAT

"Rusiya Polşaya nüvə zərbəsi endirmək üçün təlimlər keçirib".

Axar.az xəbər verir ki, bu məlumat Avropa Parlamentinin Xarici İşlər üzrə Komissiyasının "Qara dəniz" raportunda bildirilib.

Polşalı siyasətçi Riçard Çarneskiy Rusiyanın Avropa Birliyi ilə münasibətlərinin heç də yaxşı olmadığını qeyd edib:

""Qara dəniz" raportu AB-Rusiya münasibətlərinin gərginliyindən xəbər verir. Hərbi-strateji durum haqqında qətnamə layihəsi Rusiyanın bizim ölkəmizə nüvə zərbəsi üzrə təlimlər keçirdiyini göstərir. Avropalı liderlərin 9 mayda Moskvada keçiriləcək hərbi paraddan imtinası Rusiyanın qəzəbinə səbəb olub. Rusiya AB-ni düşmən kimi görür".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm