Komada olan xəstə qadın zorlandı
Bizi izləyin

Dünya

Komada olan xəstə qadın zorlandı

Argentinada xəstəxananın birində uzun müddət koma vəziyyətində olan qadın hamilə qalıb.

Publika.az-ın məlumatına görə, 2011-ci ildən bəri komada olan qadından qan analizi götürən həkimlər onun hamilə olduğunu müəyyən ediblər. Həkimlər qadının xəstəxananın reanimasiya şöbəsində naməlum şəxs tərəfindən zorlandığını ehtimal edirlər. Həkimlər bildirib ki,bu müddət ərzində qadını çoxlu qohumu və tanışı ziyarət edib. Həmçinin onlarla xəstəxana əməkdaşı onun müalicə olunduğu otağa baş çəkib.

Faktla bağlı araşdırma başladılıb və qadının yanına gəlib-gedən kişilər istintaqa cəlb olunub. Həkimlər isə ailəsinin istəyi ilə qadının abort olunacağını bildiriblər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm