ABŞ “fərsiz” səfirini Afinadan geri çağırdı
Bizi izləyin

Dünya

ABŞ “fərsiz” səfirini Afinadan geri çağırdı

ABŞ Dövlət Departamenti vəzifəsini lazımı şəkildə yerinə yetirə bilmədiyi üçün Yunanıstandakı səfirini geri çağırmağa qərar verib.

Publika.az xəbər verir ki, bu barədə “Sputnik” agentliyi Yunanıstanın “Kathimerini” qəzetinə istinadən bildirib.

Diplomatik mənbələr qeyd edib ki, səfir Yunanıstan parlamentinin qəbul etdiyi məhkəmə islahatı ilə bağlı qanun layihəsi barəsində Vaşinqtona vaxtında məlumat verə bilməyib. “Diplomatik mənbələrin məlumatına görə, səfir Devid Pirsanın işini Dövlət Departamentində tənqid ediblər və işləmə qabiliyyətinin olmadığını bildiriblər. Səfir Yunanıstanda baş verən və Ağ Evin diqqət mərkəzində olan siyasi və iqtisadi hadisələr haqqında Vaşinqtona məlumat verməyib”, - nəşr yazır.

Qəzetin məlumatına görə, əgər Pirsa qanun layihəsi ilə bağlı parlamentdə gedən müzakirələr haqqında Vaşinqtona məlumat versəydi, vəziyyət həll edilə bilərdi.

Parlament tərəfindən qəbul edilmiş qanun layihəsi terrorçuluq və başqa cinayətlərdə ittiham edilən şəxslər üçün həbsxana rejiminin ləğvini nəzərdə tutur. Məsələn, onlar ev həbsi altında saxlanıla bilər. Vaşinqton Yunanıstanın Nazirlər Kabineti tərəfindən təklif edilmiş sənədi tənqid edib.

Qeyd edək ki, məhkəmə islahatı ABŞ və Yunanıstan arasında fikir ayrılığı yaradan yeganə məsələ deyil. ABŞ Rusiya təbii qazının Türkiyə və Yunanıstan üzərindən Cənubi Avropaya ixracını nəzərdə tutan “Türk axını” qaz kəmərinin tikintisinə qarşı çıxır və layihədən imtina üçün Afinaya təzyiq göstərir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm