Şok: Gəlininə 10 il təcavüz edərək başqalarına satdı
Bizi izləyin

Dünya

Şok: Gəlininə 10 il təcavüz edərək başqalarına satdı

Türkiyənin İsparta vilayətində 2 uşaq anası K.S.-ya 10 il təcavüz edərək onun başqa kişilərə satan qayınata ilə digər iki kişi həbs olunub.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, DNT testi ilə uşaqların da qadının həyat yoldaşından olmadığı müəyyənləşdirilib.

Məlumata görə, həbs olunanlardan biri qadının qayınatası H.H.S.-dir. Hadisə ötən ilin avqustunda ailə daxilində baş verən növbəti qarşıdurma ilə üzə çıxıb. 55 yaşındakı qayınatasının 10 ildir təcavüzünə məruz qaldığını söyləyən, 34 yaşındakı K.S. polisə şikayət edib.

Polisə ifadə verən K.S. qayınatasının onunla zorla cinsi əlaqədə olduğunu və başqaları ilə də bunu etməyə məcbur edildiyini bildirib. Bundan sonra K.S.-ın 8 və 6 yaşlarındakı uşaqları, həyat yoldaşı, qayınatası, hadisədə adı çəkilən 61 yaşındakı İ.T., 62 yaşındakı M.A. və digər 5 şübhəlidən DNT nümunələri götürülüb. DNT testi nəticəsində 2 uşağın da qadının rəsmi nikahlı həyat yoldaşından olmadığı, uşaqlardan biri ilə şübhəli M.A.-nın DNT nümunələrinin uyğunluğu müəyyən olunub.

Şübhəli şəxslərin hər üçü də həbs olunub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm