İran Facebook qadağasını qaldırır!
Bizi izləyin

Dünya

İran Facebook qadağasını qaldırır!

İran Facebook qadağasını qaldırır!

İran İslam Mədəniyyəti naziri Əli Cənnəti aralarında Facebookun da olduğu bəzi sosial media saytlarına qoyulan giriş qadağasının aradan qaldırılmasını araşdırdıqlarını bildirib.

Movqe.Az əbər verir ki, sosial saytlara qoyulan qadağaları tənqid edən Cənnəti "İslami dəyərləri qoruma bəhanəsiylə bəzi şeylərin inkişafının qarşısını almağın mənası yoxdur. Dünyayla əlaqəmizi kəsib insanları məhdud sahəyə sıxışdıra bilmərik" deyə bildirib.

İnqilabın qurulduğu ilk illərdə video pleyer və faks maşınlarına qoyulan qadağaları xatırladan nazir "Bu gün keçmişə baxdıqda verdiyimiz bir çox qərarların nə qədər komik olduğunu görürük" deyib.

İranda bir çox nazir və ali səlahiyyət sahiblərinin, qadağan olmasına baxmayaraq, sosial saytlarda hesabı var . Rəsmi rəqəmlərə görə 4 milyon İranlı Facebook-dan istifadə edir.

İrandakı internet istifadəçiləri, ümumiyyətlə , giriş qadağasının qoyulduğu saytları açmaq üçün üçüncü bir ölkənin internet şəbəkəsindən faydalanır. Qadağan olaraq satılan bu materiallardan faydalanmaq istəyən istifadəçilər, nizamlı olaraq abunə əvəzi ödəyir. Tehran inkişaf etdirdiyi proqramlarla istədiyi vaxt bu proqramların çoxunu da dövrədən kənar qoya bilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm