İran 4 növ yeni ballistik raketləri ölkənin silahlı qüvvələrinə təhvil verib
Bizi izləyin

Dünya

İran 4 növ yeni ballistik raketləri ölkənin silahlı qüvvələrinə təhvil verib

İran 4 növ yeni ballistik raketləri ölkənin silahlı qüvvələrinə təhvil verib

İranın müdafiə nazirliyi ölkə hərbi sənayesinin istehsalı olan yeni ballistik və havadan müdafiə sistemlərini silahlı qüvvələri təhvil verib.

İnterAz–ın “İrna” agentliyinə istinadla verdiyi xəbərə görə, “Qədr”, “Qiyam”, “Fateh” və “Fars Körfəzi” ballestik raketləri və habelə “Mirsad” adlı havadan müdafiə raket sistemi İnqilab Keşikçiləri Korpusu (Sepah) və Xatəmul-Ənbiya havadan müdafiə qərargahına təhvil verilib.

Strateji silahların təhvil verilmə mərasimində iştirak edən İran müdafiə naziri General Hüseyn Dehqan ölkəyə tətbiq edilən sanksiyaların əhəmiyyətsiz olduğunu deyib və bu sanksiyalara baxmayaraq hərbi sənayesinin öz ayaqları üstündə durduğunu bəyan edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm