Dünya
Donbasda “dəhliz əməliyyatı” başlayır
Ukraynanın Donbas hövzəsində vəziyyət yenidən pisləşib. Separatçılar ağır artilleriyadan intensiv istifadə edirlər.
Publika.az “Unian.net” saytına istinadən xəbər verir ki, bu barədə Milli Qvardiyanın “Donbas” xüsusi təyinatlı batalyonunun “Facebook” səhifəsində bildirilib.
Məlumata görə, Mariupol şəhəri yaxınlığında yerləşən Şirokino qəsəbəsində gedən döyüşlərdə Milli Qvardiyanın bir hərbçisi həlak olub, iki nəfər yaralanıb. Dünən bütün gün və gecə ərzində Şirokinoda sərt döyüşlərin davam etdiyi xəbər verilir.
“Rusiya işğalçıları artilleriya, minaatanlar və qumbaraatanlardan atəş açırdılar. Bütün hücumlar dəf edilib, rəqibin böyük miqdarda canlı qüvvəsi və hərbi texnikası məhv edilib”, - “Donbas” batalyonu qeyd edib.
Qeyd edək ki, Şirokino qəsəbəsi hazırda Donbas hövzəsində strateji əhəmiyyətli nöqtə hesab edilir. Separatçılar Minsk razılaşmasının müddəaları çərçivəsində Ukrayna hərbi güclərinin qəsəbədən geri çəkilməli olduğunu bildiriblər. Amma Ukrayna tərəfi qəsəbədən geri çəkilmək niyyətində olmadığını bəyan edib.
Şirokino qəsəbəsi Ukrayna ordusunun nəzarət etdiyi Mariupol şəhəri ilə separatçıların nəzarət etdiyi Novoazovsk şəhəri arasında, Azov dənizinin sahilində yerləşir. Qəsəbə fevral ayının əvvəlində “Azov” batalyonu tərəfindən azad edilib. Ukrayna qoşununun Şirokinodan geri çəkiləcəyi halda Krım yarımadasına gedən quru dəhlizin üzərində yerləşən Mariupol separatçıların açıq hədəfinə çevriləcək.
Ömər Dağlı
-
İnanc23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR
-
Magazin121:35
Günelə nə olub? - Xəstəxanadan görüntüsünü paylaşdı və... - FOTO
-
Hadisə21:10
Qırmızı işıqda keçən nazirin maşını aşdı - FOTO
-
Magazin120:22
Müğənni Yalının qohumu sevgilisi tərəfindən qətlə yetirildi - FOTO
-
Dünya19:57
Zelenski onu yeni vəzifəyə təyin etdi
-
Magazin119:15
Talıb Talenin toyu olacaq: özündən 15 yaş kiçik xanımla... - VİDEO