Putinin dostundan şok etiraf: “İntihar fikirləri məni izləyir”
Bizi izləyin

Dünya

Putinin dostundan şok etiraf: “İntihar fikirləri məni izləyir”

Ötən il Rusiya vətəndaşlığı alan fransız aktyor Jerar Depardye şok etiraf edib.

Publika.az RİA informasiya agentliyinə istinadən xəbər verir ki, aktyor “Vanity Fair” nəşrinə müsahibəsində intihar haqqında fikirlərin onu izlədiyini bildirib.

Ancaq Jerar Depardyenin sözlərinə görə, o, Fransada “gəbərmək” istəmir.

“Mən Rusiya üçün ölməyə hazıram, çünki insanlar burada güclüdürlər. Mən bir axmaq kimi indiki Fransada gəbərmək istəmirəm. Heç vaxt özümü fransız hesab etməmişəm və böyüdüldüyüm dəyərləri bölüşmürəm. Mən heç nəyə inanmıram. Xüsusilə özümə. Bəzən axşamlar öz yorğan-döşəyimdə həmişəlik yatmaq istəyirəm”, - aktyor bildirib.

Bir neçə gün əvvəl Depardye Donbas hövzəsindəki vəziyyəti şərh edib. Ukraynada bir neçə üzüm sahəsinin olduğunu deyən aktyor münaqişələrin dəhşətli olduğunu dilə gətirib. O, Rusiya prezidenti Vladimir Putini yaxşı tanıdığını vurğulayıb.

Aktyor 2014-cü ilin yayında bildirib ki, Rusiyada ekoloji təmiz arağın istehsalını təşkil etməyə hazırlaşır. Bundan başqa, o, Rusiyada “Jerar” restoranlar şəbəkəsini açmağı planlaşdırır.

Xatırladaq ki, 2012-ci ildə Fransa hökumətinin zənginlər üçün vergini 75 faizə qədər artırmasından sonra Depardye Fransa vətəndaşlığından imtina edib. 2013-cü ilin əvvəlində isə Vladimir Putinin fərmanı ilə ona Rusiya vətəndaşlığı verilib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm