Yeraltında kilsə tikən 33 nəfər edam ediləcək - FOTO
Bizi izləyin

Dünya

Yeraltında kilsə tikən 33 nəfər edam ediləcək - FOTO

Yeraltında kilsə tikən 33 nəfər edam ediləcək

Yeraltında kilsə tikmək istədikləri üçün 33 nəfər edam ediləcək.

Şimali Koreya Xalq Respublikasında Cənubi Koreyaya missionerlikdə şübhəli bilinən 33 nəfər ölüm cəzasına məhkum edilib.

Xəbər verilir ki, məhkumlar dövləti devirmək və külli miqdarda pul alıb 500 yeraltı kilsə tikmək istəyiblər.

Xatırladaq ki, Şimali Koreyada bir az bundan əvvəl Cənubi Koreyadan olan xristian missioner saxlanılıb.

Missioner Kim Conq-ık bildirib ki, keçən ilin oktyabr ayında şimali koreyalılar tərəfindən həbs edilib.

Onun sözlərinə görə, Çin ərazisindən keçərək Pxenyana gələn missioner özü ilə bir sıra xristian mətnlər, film və digər dini materiallar gətirib.

O,Cənubi Koreya xüsusi xidmətinin səyi nəticəsində vətəninə dönə bilib.

Camalə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm