“Aryan Brotherhood” bandası: Geriyə yol yoxdur - FOTOLAR
Bizi izləyin

Dünya

“Aryan Brotherhood” bandası: Geriyə yol yoxdur - FOTOLAR

Ötən əsrin 60-cı illərinədək ABŞ həbsxanalarında müxtəlif irqlərə məxsus məhbuslar ayrı-ayrı saxlanılırdı. Sonradan bu praktika ləğv olundu. Ümumi saya gəldikdə həbsxanalarda olan zəncilər və latın amerikalılar ağdərililəri sayca 15 dəfə üstələyirdilər. Ayaqda qalmaq üçün ağlar ari bandasını -“Aryan Brotherhood”u yaratdılar.

Publika.az-ın xarici mətbuata istinadən məlumatına görə, bandaya daxil olmağın bir yolu var - şahidlərin gözü qarşısında ya kimisə öldürməlisən, ya da zorlamalısan. Odur ki, banda üzvləri arasından xəbərçi, casus çıxmır. Çünki banda üzvlərinin hamısı qatildir, hamısının əli qana batıb.

Banda əsasən narkoticarət və sifarişli qətllərdən pul qazanır. Həbsxanada olan arilərin çoxu ömürlük həbsə məhkum olub. Onları nə iləsə qorxutmaq çətindir. Bilirlər ki, hətta öldürülsələr belə banda üzvləri mütləq onun qisasını alacaqlar.

Maraqlıdır ki, bu banda ABŞ-da sayca kriminalın 0,1 faizini təşkil etsə də, ölkə üzrə törədilən ağır cinayətlərin 20 faizi onların payına düşür.

Bandanın simvolik rəqəmi 666-dır. Bu bandaya üzv oldunsa geriyə yol yoxdur.

Publika.az bandanın fotolarını təqdim edir.

İlqar Atabəyli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm