Yaponiyada 8,5 ballıq zəlzələ
Bizi izləyin

Dünya

Yaponiyada 8,5 ballıq zəlzələ

Yaponiyada Rixter cədvəli üzrə 8,5 ballıq zəlzələ baş verib.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Yaponiyanın “Kyodo” saytı ölkənin meteoroloji agentliyinə istinadən bildirib.

Zəlzələnin episentri Sakit okeandakı Oqasavara adalarında qeydə alınıb. Zəlzələnin ocağı təxminən 590 kilometr dərinlikdə olub. İlkin məlumata görə, sunami təhlükəsi yoxdur.

“Agence France-Presse” agentliyinin məlumatında qeyd edilir ki, yeraltı təkanlar Tokioda bir neçə dəqiqə hiss edilib. Paytaxtdakı binaların tərpəndiyi bildirilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm