Benzin daşıyan avtomobil qəzaya uğradı: 70 ölü
Bizi izləyin

Dünya

Benzin daşıyan avtomobil qəzaya uğradı: 70 ölü

Nigeriyanın cənubunda benzin daşıyan avtomobilin alışması nəticəsində azı 70 nəfər həlak olub, onlarla insan yaralanıb.

Sürücü idarəetməni itirib və avtomobil çoxlu insanın toplaşdığı dayanacağa çırpılıb. Toqquşmadan sonra maşın aşaraq yanmağa başlayıb. Alov çox qısa müddətdə daha 13 avtomobili bürüyüb.

Ölkənin Daxili İşlər Nazirliyinin rəsmi nümayəndələri qəzanın bədbəxt hadisə olduğunu, avtosistern sürücüsünün sürət həddini aşması səbəbindən baş verdiyini təsdiqləyiblər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm