Gürcüstan-Rusiya avtomobil yolu bağlanır
Bizi izləyin

Dünya

Gürcüstan-Rusiya avtomobil yolu bağlanır

İyunun 6-da saat 21:00-dan etibarən Gürcüstandan Rusiyaya gedən Mtsxeta-Stepantsminda-Lars magistral yolunun bir hissəsi (Daryal dərəsi) bütün növ avtomobillər üçün bağlanacaq.

Gürcüstanın Ətraf Mühit və Təbii Sərvətlər Nazirliyinin məlumatına görə, aramsız yağan leysan yağışları nəticəsində magistral yolda torpaq sürüşməsi fəallaşıb və yolda təhlükə artıb. Yolun bağlanması insanların təhlükəsizliyini təmin etmək məqsədi daşıyır.

Yolun iyunun 7-də səhər saatlarında açılacağı gözlənilir.

Gürcüstan hidrometeoroloqlarının məlumatına görə, iyunun 5-də və 6-da ölkə ərazisində güclü yağışlar yağacaq, bəzi yerlərdə leysan xarakterli olacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm