Narkomanlar üçün telekanal açılır
Bizi izləyin

Dünya

Narkomanlar üçün telekanal açılır

Rusiyada narkomanlar üçün telekanal açılacaq.

Publika.az Rusiya mətbuatına istinadən xəbər verir ki, kanalın açılmasında məqsəd ölkədə yaşayan narkomanlara və onların ailə üzvlərinə kömək etməkdir.

“Videohəb”lər vasitəsilə narkomaniyadan əziyyət çəkən insanları maarifləndirmək, onları klinikalarda müalicəyə səsləmək və dua etmək nəzərdə tutulur. Telekanalın Rusiyada 100 reabilitasiya mərkəzi ilə birgə çalışacağı gözlənilir.

Məlumata görə, "Rabilitasiya-TV” adlanacaq telekanalın açılması üçün təxminən 300 min rubl xərclənib və televiziyanın 2015-ci ilin oktyabrında açılması planlaşdırılır.

Gülnar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm