Kreml şokda: Donbas separatçıları Krımın ilhaqını tanımaqdan imtina etdilər
Bizi izləyin

Dünya

Kreml şokda: Donbas separatçıları Krımın ilhaqını tanımaqdan imtina etdilər

Luqansk və Donetsk “xalq respublikaları” (“DXR” və “LXR”) Krım və Sevastopolu Ukraynanın tərkib hissəsi kimi tanıyıb.

Publika.az “İnterfaks” agentliyinə istinadən xəbər verir ki, bu barədə “xalq respublikaları”nın Üçtərəfli Əlaqə Qrupuna təqdim etdiyi sənəddə deyilir.

Sənəddə Ukrayna Konstitusiyasına dəyişikliklərə əlavələr yer alıb. “Ukraynanın tərkibinə daxildir: Krım Muxtar Respublikası (…), Kiyev və Sevastopol şəhərləri”, - sənədin 133-cü maddəsində deyilir. Sənədin müəllifləri vurğulayırlar ki, Kiyev və Sevastopol şəhərləri, Donetsk və Luqansk vilayətləri Ukraynanın qanunları ilə idarə olunan və xüsusi statusa malik ayrı rayonlardır.

Qeyd edək ki, Luqansk və Donetsk “xalq respublikaları”nın Üçtərəfli Əlaqə Qrupuna təqdim etdiyi sənəd Donetsk və Luqansk vilayətlərinin Ukrayna tərkibində xüsusi statusla saxlanılmasını nəzərdə tutur.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm